Haqqımızda

“Greenstream International” MMC  2018-ci ildə təhsis olunmuşdur. Şirkətimizin əsas profili inşaat materiallarının və alətlərinin Azərbaycana itxalı, distribusiyası və bir sıra məhsulların Azərbaycanda tək və ilk istehsalıdır. Hal hazırda Greenstream İnternational bir çox aparıcı istehsalçılarının Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkətimizin baş ofisi və mərkəzi anbarı Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində yerləşir. Bundan əlavə Azərbaycan Respublikasının regionlarında mərkəzdən idarə olunan 6 filialı vardır. Hər bir filialın öz anbarı, inşaat materiallarının satiş nöqtələrinə vaxtında çatdırılması üçün satış sistemi və öz avtoparkı mövcüddür.

Məqsəd və öhdəliklərimiz

Məqsədimiz idxal etdiyimiz materialları Azərbaycanın bütün bölgələrində yerləşən hər bir satış nöqtəsinə çatdırılmasıdır. Bunun üçün peşəkər satış komandamız mövcuddur.

Anbarlarımız portfelimizdə olan bütün növ inşaat materiallarının və alətlərinin saxlama şəraitini tam şəkildə təmin edir. Şirkətimiz müasir iş üslubuna uyğun insan və texniki resurslara malikdir. Satışın təşkili zamanı ən son İT texnologiyalardan istifadə olunur. Hal hazırda şirkətimizdə 70-dən çox əməkdaşımız çalışır. Şirkətimiz hər bir biznes müzakirəsinə açıqdır.

Anbarlarımız

Şirkətimizin mərkəzi anbarı 2000m² sahəyə malikdir. Filiallarımızda olan anbarların sahəsi hər biri 1000 m²-dən yüksəkdir. Bütün anbarlarımız sutkanın 24 saatı mühavizə olunur və video müşahidə ilə nəzarət olunur, eyni zamanda bütün yanğın təhlukəzizlik sitemləri ilə təhciz olunmuşdur. Anbarlarımızın coğrafi lokasiyası ölkəmizin istənilən nöqtəsinə məhsullarımızın ən qısa zamanda çatdırılmasına imkan verir.

Müştəri bazamız

2018-ci ildən fəaliyyət göstərən şirkətimiz ölkə daxilində professional distribusiyasi olan mərkəzə çevrilmiş və 2000-dən çox müştərini özündə cəlb etmişdir. Əsas prioritetini müştəri məmnuniyyəti sayan şirkətimizin alıcı sayı gündən günə artmaqdadır.

Komandamız

Komandamız inşaat sahəsində illər ərzində yüksək təcrübə qazanmış mütəxəssislərdən ibarətdir.

Missiyamız

“Green Stream International” MMC olaraq missiyamız yerli bazarda, inşaat sektorunda yeniliklər etmək və gücləndirməkdir. Əsas hədəfimiz yerli bazarda olan keyfiyyətsiz malları daha keyfiyyətli mallarla əvəz etmək və inşaat sektorunda olan yeni innovassiyaları ölkəmizə gətirmək, bununla birgə müştərilərin məmnuniyyətini qorumaqdır.