Dağıstan səfəri əsnasında satınalma direktoru Zaur Quliyev «Lakokraska» şirkəti ilə görüşüb.

İstehsal müəssisəsi olan «Lakokraska» öncədəndə ixrac üçün işləyib.

Bu haqqda azərbaycanlı qonaqlara müəssisənin rəhbəri Abdul-Mütəllib Qalbacov deyib.

Onun sözlərinə görə müəssisə yetəri qədər toz boyası və yol işarələri üçün boyalar istehsal edir.

Qonaqlar istehsalın hansı mərhələlərlə həyata keçdiyini, xam maddələrin çatdırılma yolları haqqında ətraflı məlumat alıblar. 

Qonaqlar toz boyalarına özəl diqqət göstəriblər. Əməkdaşlıq şərtləri müzakirə olunacaq.