Satış direktorumuz Rüstəm Bağırov 18 Noyabr 2022 tarixində SAT Group təşkilatçılığı altında keçirilən Biznes İdarəçilik forumunda iştirak edib.

Forumda strateji idarə etmə, strateji transformassiya, liderlik, bazar araşdırması, şəxsi münasibət və s. kimi səmərəli mövzulara toxunulub.
Rüstəm Bağırov bildirir ki, “Mənim satış və idarəçilik sahəsində təcrübəm az olmasada, forum mənim üçün səmərəli keçdi. Digər təcrübəli idarəçilərin uğur hekayələrini və yaşadığı təcrübələrini dinləmək əminəm ki, az-çox hər idarəçiyə öz qatqısını əlavə etdi”.