21 Noyabr 2022 tarixində alman şirkəti olan FUBAG GmbH ilə görüş keçirilib. Professional inşaat, təmir alətləri və məişət əşyaları istehsal edən FUBAG şirkəti 40 ilkdir ki, davamlı inkişaf siyasətinə tutunaraq Avropa bazarının liderinə çevrilib.

Görüşdə Greenstream International şirkətinin həmtəsisçiləri Ramin Şərifov, Rövşən Qasımzadə, satınalma departamentinin direktoru Zaur Quliyev, FUBAG şirkətinin kommersiya direktoru Mixail Fastovec və satış direktoru Sergey Qolışkov iştrak ediblər. Görüş əsnasında əməkdaşlıq şərtləri, logistika, servis mərkəzinin qurulması, 2023-cü il üçün satış və marketing strategiyasının qurulması mövzularına toxunulub.
Şirkətimiz 2023-cü ilin əvvəlində FUBAG şirkətinin məhsullarının importunu və bütün region üzrə distribusiyasını başlatmağı planlaşdırır.